EN

Tolik və Səidə Sultan cəzalandırılacaq?

Sosial şəbəkələrdə təhqiramiz ifadələr işlədən, əxlaqsız hərəkətlər edən və bədən üzvlərini nümayiş etdirən şəxslərlə bağlı tədbir görülür. Bu halda teleaparıcı Tarix Əliyev (Tolik) və müğənni Səidə Sultana da cəza və ya cərimə tətbiq edilə bilər?Hüquqşünas Elşad İsayev Metbuat.az-a açıqlamasında bildirib ki, bu qaydalar bütün vətəndaşlara şamil olunur: “İnzibati Xətalar Məcəlləsində bununla bağlı edilən dəyişikliklər kimliyindən, sosial mənşəyindən, dilindən, dinindən, irqindən və ya hansı qrupa mənsub olmasından asılı olmayaraq hamıya şamil olunur. Həm Tolikin, həm də Səidə Sultanın ifadə və hərəkətlərində həmin qanunun pozuntusu mövcuddur. Hadisə publik şəkildə, hamının eşidə və görə biləcəyi formada, iki və daha çox şəxsin iştirak edə biləcəyi şəraitdə baş verib. Təhqir və söyüş var və bunlar sosial şəbəkələr vasitəsilə həyata keçirilib. Bu isə birbaşa hüquqi tərkib yaradır”. Hüquqşünasın sözlərinə görə, hər iki şəxs barəsində inzibati qaydada tənbeh tətbiq olunması üçün əsaslar var.

Sevinc İbrahimzadə / Metbuat.az

Chosen
23
1
metbuat.az

10Sources