EN

Boksçumuz "Strandja" turnirində növbəti mərhələyə yüksəlib

Azərbaycan boksçusu Məhəmmədəli Aşırəliyev Bolqarıstanın paytaxtı Sofiyada "Strandja" beynəlxalq turnirində növbəti qələbəsini qazanıb.

Apasport.az xəbər verir ki, 60 kq-da mübarizə aparan milli üzvü 1/8 finalda Yazal Hussam Seyfeli (Misir) mübarizədən kənarlaşdırıb.

O, rəqibini 5:0 (29:28, 30:27, 29:28, 30:27, 30:27) hesabı ilə məğlub edib. Azərbaycan çempionu 1/4 finalda Ayder Abduraimovla (Ukrayna) döyüşəcək. Görüş fevralın 27-də olacaq.

Qeyd edək ki, Aşırəliyevdən öncə Bilalhəbaşi Nəzərovla (50 kq) Zidan Hünbətov (55 kq) 1/4, Malik Həsənov (65 kq) 1/8 finala vəsiqə qazanıb.

Azərbaycan boksçuları beynəlxalq turnirdə iştirak edəcəklər

Boks üzrə ölkə çempionatı başa çatıb

16 yaşlı boksçu məşq zamanı vəfat edib

Qız boksçular arasında ölkə çempionatına yekun vurulub

Azərbaycan çempionatı: Oğlan boksçular arasında yarımfinalçılar, qızlarda finalçılar müəyyənləşib

Chosen
28
5
apasport.az

10Sources