UEFA Çempionlar Liqasında 1/16 finalın cavab oyunları oynanılır.
Offsideplus.az xəbər verir ki, "Yuventus" İtaliyada "Qalatasaray"ı qəbul edib. İlk görüşdə İstanbulda "Qalatasaray" 5:2 hesabla qalib gəlmişdi.
Bu oyunda isə turinlilər 3:2 hesabla qalib gəlsələr də, bu nəticə qələbəyə kifayət etməyib. İki oyunun cəmində 7:5 hesabla qalib gələn "Aslanlar" 1/8 finala yüksəlib.