EN

Vens: İran nüvə proqramını bərpa etməyə çalışır

ain.az xəbər verir, Apa.az saytına əsaslanaraq.

İran ABŞ-ın iyunda nüvə obyektlərinə endirdiyi zərbələrdən sonra proqramını bərpa etməyə çalışır.APA xəbər verir ki, bunu ABŞ-ın vitse-prezidenti Cey Di Vens bildirib.

Onun sözlərinə görə, Vaşinqtonun mövqeyi dəyişməzdir, İranın nüvə silahı olmamalıdır.

Vens deyib ki, əgər Tehran nüvə silahını bərpa etməyə cəhd etsə, bu, ABŞ üçün problem yaradacaq.

O əlavə edib ki, Prezident Donald Trampın nümayəndələri fevralın 26-da Cenevrədə İran tərəfi ilə danışıqlar aparacaq."Tramp məsələnin diplomatik yolla həllini istəyir, lakin digər variantların da mövcud olduğunu bildirib", - vitse-prezidenti əlavə edib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
17
8
apa.az

10Sources