EN

Bir vaxtlar əfsanə idi, indi isə ayaqüstə durmaqda çətinlik çəkir FOTO

ain.az, Milli.az portalına istinadən məlumat verir.

Braziliya futbolunun əfsanəsi Romario Rio Karnavalından sərxoş vəziyyətdə çıxarkən görüntülənib. Bu kadrlar qısa müddətdə yayılaraq futbol azarkeşlərinin əsas müzakirə mövzusuna çevrilib.

Milli.Az xəbər verir ki, 1994-cü il Dünya Çempionatının qələbə memarlarından biri olan Romario karnaval zonasındakı lojasını tərk edərkən kameraya düşüb. Onun sərxoş olması və yeriməkdə çətinlik çəkməsi sosial mediada geniş rezonans doğurub.

İstifadəçilərin çoxu onun yaşıl meydanlardakı möhtəşəm oyunlarını xatırladaraq "Haradan hara gəlib çıxdı" şərhlərini yazıblar.

Bəzi futbolsevərlər bu vəziyyəti karnaval əyləncəsinin təbii bir hissəsi hesab etsə də, digərləri əfsanəvi oyunçunun imicinə kölgə düşdüyünü müdafiə ediblər.Lalə Qüdrətova

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
7
1
news.milli.az

2Sources