EN

Sabahdan hava dəyişir: temperatur enəcək, qar yağacaq

Bakıda və Abşeron yarımadasının bəzi yerlərində fevralın 27-si axşamdan martın 2-dək havanın fasilələrlə yağıntılı olacağı gözlənilir.

 

Senzor.az Milli Hidrometeorologiya Xidmətinə istinadən bildirir ki, ayrı-ayrı yerlərdə yağıntının intensivləşəcəyi, əsasən axşam və gecə saatlarında sulu qara keçəcəyi ehtimal olunur.

 

Azərbaycanın rayonlarında isə fevralın 26-sı günün ikinci yarısından başlayaraq martın 2-dək havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntıların intensiv olacağı, yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı ehtimalı var.

 

Bəzi dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.

 

Ölkə ərazisində havanın temperaturu ötən günlərlə müqayisədə 5-8 dərəcə enəcək.

Chosen
4
49
senzor.az

10Sources