AZ

Güclü qar yağacaq – XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasının bəzi ərazilərində fevralın 27-si axşam saatlarından martın 2-dək hava şəraitinin fasilələrlə yağıntılı olacağı gözlənilir.

Doğru.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Məlumata görə, ayrı-ayrı yerlərdə yağıntılar intensivləşəcək, əsasən axşam və gecə saatlarında yağışın sulu qara keçəcəyi ehtimal olunur.

Azərbaycanın rayonlarında isə fevralın 26-sı günün ikinci yarısından başlayaraq martın 2-dək hava şəraitinin arabir yağıntılı keçəcəyi, bəzi bölgələrdə qar yağacağı proqnozlaşdırılır. Ayrı-ayrı yerlərdə yağıntıların intensiv olacağı, bununla əlaqədar çaylarda sululuğun artacağı bildirilir.

Bəzi dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı ehtimalı var.

Qeyd edək ki, ölkə ərazisində havanın temperaturu ötən günlərlə müqayisədə 5-8 dərəcə aşağı enəcək.

DOĞRU.AZ 

Seçilən
1
49
dogru.az

10Mənbələr