EN

Baş məşqçimizə etimad göstəririk və birlikdə çalışmağa davam edəcəyik

ain.az bildirir, Fanat saytına əsaslanaraq.

Premyer Liqa təmsilçisi "Karvan-Yevlax" bəyanat yayıb.

Fanat.Az xəbər Yevlax təmsilçisi baş məşqçi Füzuli Məmmədovun istefaya göndərilmədiyini bildirib.

Həmin bəyanatı təqdim edirik:

"Karvan-Yevlax FK ilə bağlı sosial şəbəkələrdə və bir neçə KİV-də yayılan baş məşqçi Füzuli Məmmədovun guya istefaya göndərilməsi barədə məlumatlar tamamilə əsassız və həqiqətə uyğun deyil.

Klub rəhbərliyi olaraq bildiririk ki, Füzuli Məmmədov komandanın baş məşqçisi olaraq fəaliyyətini davam etdirir və onunla bağlı hər hansı istefa və ya müqaviləyə xitam qərarı mövcud deyil.

Təəssüflə qeyd edirik ki, bu kimi məqsədli və təsdiqlənməmiş məlumatların yayılması komandamız daxilində sabitliyi pozmağa, süni fikir ayrılığı formalaşdırmağa və ictimai rəyə təsir göstərməyə yönəlmiş cəhd təsiri bağışlayır. Klub olaraq bu cür manipulyativ yanaşmaları qətiyyətlə rədd edir, həm məşqçilər korpusuna, həm də futbolçularımıza tam etimad bəslədiyimizi açıq şəkildə bəyan edirik.

Füzuli müəllim peşəkar yanaşması, nizam-intizamı və futbol biliyi ilə qısa müddətdə komandada sağlam mühit formalaşdırıb. O, həm taktiki baxımdan oyunumuzu inkişaf etdirib, həm də futbolçuların fərdi inkişafına xüsusi önəm verib. Komandanın gələcək planları və strategiyası məhz onun rəhbərliyi altında qurulub.

Mövsüm ərzində müəyyən çətinliklərin olması futbolun təbii bir hissəsidir. Lakin rəhbərlik olaraq baş məşqçimizə tam etimad göstəririk və uzunmüddətli hədəflərimiz istiqamətində birlikdə çalışmağa davam edəcəyik.

İctimaiyyəti rəsmi olmayan və təsdiqlənməmiş məlumatlara inanmamağa çağırırıq. Klubumuzla bağlı hər hansı yenilik yalnız rəsmi mənbələr vasitəsilə açıqlanır.

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
7
7
fanat.az

10Sources