EN

Prezident Bakı haqda: Tıxac, toz-torpaq, külək...

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva fevralın 25-də Xocavənd şəhərində görülmüş işlərlə tanış olublar.
BUTA.TV xəbər verir ki, dövlət başçısı, birinci xanım və qızları Xocavənd şəhər və Xocavənd kənd sakinləri ilə görüşüb söhbət etdilər. Kişi sakin: 35 ildir gözləyirdik. Prezident İlham Əliyev: Harada yaşamısınız işğal dövründə? Kişi sakin: Şəhər tərəfdə. Prezident İlham Əliyev: Bakıda? Kişi sakin: Bakıda. Onun havasından qurtardıq, tıxacdan qurtarmışıq. Prezident İlham Əliyev: Tıxac, toz-torpaq, külək. Siz harada yaşamısınız işğal dövründə? Kişi sakin: Ağcabədidə. Qadın sakin: Ağcabədidə ona görə yaşamışıq ki, Qarabağa yaxındır, 50 kilometr, tez qayıtmaq üçün. Prezident İlham Əliyev: Hə, buradan çıxanda Ağcabədiyə köçdünüz? Qadın sakin: Bəli, elə əvvəldən Ağcabədidə olmuşuq. Prezident İlham Əliyev: Orada şərait necə idi? Qadın sakin: Yaxşı idi, amma bilirdik ki, nə vaxtsa qayıdacağıq. Digər qadın sakin: Torpağımızın yerini heç nə vermir. Prezident İlham Əliyev: Əlbəttə. Qadın sakin: Dərman atanlar da dərman atmır buraya gələndən. Prezident İlham Əliyev: Bax, burada hava dərmandır. Qadın sakin: Həqiqətən elədir. Allah Sizi qorusun, övladlarınızı qorusun!

Prezident İlham Əliyev: Bütün Qarabağ böyük bir kurort zonasıdır.t

Chosen
15
12
buta.tv

10Sources