EN

Günəş partlayışları zəlzələləri tətikləyir?

ain.az bildirir, Milli.az saytına əsaslanaraq.

Uzun müddətdir ki, Günəş partlayışlarının yalnız peyk rabitəsini və elektrik şəbəkələrini sıradan çıxardığı düşünülürdü. Lakin yeni bir elmi araşdırma, Günəşdən gələn enerjinin yer qabığındakı fay xətlərinə elektrik təzyiqi göstərərək zəlzələlərə yol aça biləcəyini iddia edir.

Milli.Az xəbər verir ki, tədqiqatçılar Yer kürəsinin ionosfer təbəqəsi ilə yer qabığını nəhəng bir batareyanın iki qütbü kimi təsvir edirlər. Bu modelə görə:

Fay xətlərindəki yüksək təzyiqli və ion yüklü mayelər elektrik enerjisi saxlayan "kondansator" kimi davranır.

Günəş partlayışları atmosferə dəydikdə, ionosferdəki elektrik yükünü aşağıya doğru itələyir.

Bu, yer qabığındakı zərrəciklər üzərində elektrostatik güc yaradaraq, fay xətlərini hərəkətə keçirə biləcək kritik təzyiq səviyyəsinə çatır.

Tədqiqatda 2024-cü ildə Yaponiyanın Noto yarımadasında baş verən şiddətli zəlzələnin güclü Günəş aktivliyi ilə eyni vaxta düşməsi ən böyük nümunə kimi göstərilir. Lakin geofiziklərin çoxu bu nəzəriyyəyə ehtiyatla yanaşır:

Yer qabığındakı süxurların elektrik keçiriciliyinə qarşı göstərdiyi müqavimətin bu enerjini faylara çatmadan söndürdüyü müdafiə olunur.

Həm zəlzələlərin, həm də Günəş partlayışlarının tez-tez baş verməsi, onların eyni ana düşməsini elmi səbəb-nəticə əlaqəsindən ziyadə "statistik təsadüf" kimi qiymətləndirməyə yol açır.Lalə Qüdrətova

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
2
2
news.milli.az

6Sources