EN

“Əvvəl İsrail hücum etsin, sonra...” – Trampa məsləhətçiləri

Donald Trampın baş müşavirləri ABŞ-dən əvvəl İsrailin  İrana hücum etməsini üstün tuturlar.

"Yeni Sabah" Politico-ya istinadla xəbər verir ki, administrasiyadakı mənbə bildirib:

"Belə bir fikir var ki, israillilər əvvəlcə və təkbaşına hərəkət etsələr, iranlılar da cavab zərbəsi endirsə, bu, hərəkətə keçmək üçün bizə daha çox əsas verəcək".

Tramp administrasiyasının rəsmilərinə görə, İsrailin hücumu İranı qisas almağa məcbur edəcək və Amerika ictimaiyyətini hərbi gücdən istifadənin vacib olduğuna inandırmaq mümkün olacaq.

İran və ABŞ-dan olan danışıqçılar İranın nüvə məsələsinin həlli variantlarını müzakirə etmək üçün bu gün Cenevrədə yeni danışıqlar raundu keçirəcəklər.

Amerika tərəfini ABŞ prezidentinin elçisi Stiv Vitkov və Trampın kürəkəni Cared Kuşner təmsil edəcək, İran nümayəndə heyətinə isə xarici işlər naziri Abbas Əraqçi rəhbərlik edəcək.


Telegram kanalımız
Chosen
14
1
yenisabah.az

7Sources