EN

"Bölgəmizdə əsl sülh hökm sürür" - Paşinyan

"2025-ci ildə Ermənistan və Azərbaycan qoşunları arasında atışma nəticəsində sərhəd itkisi olmayıb. Bu, müstəqilliyimizdən bəri ilk il olub". 

"Unikal" xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib. 

Paşinyan Polşa Beynəlxalq Münasibətlər İnstitutunda xarici səfirlər, diplomatlar və beyin mərkəzlərinin nümayəndələri ilə görüşü zamanı Ermənistanla Azərbaycan arasında bərqərar olmuş sülhə toxunub. O, sülh arxitekturasının 1991-ci il Alma-Ata Bəyannaməsinə əsaslandığını və sülh prosesinin 8 avqustda Vaşinqtonda qəbul edilmiş Ermənistanla Azərbaycan arasında sülh çərçivəsi haqqında birgə bəyannamənin imzalanması ilə zirvəyə çatdığını vurğulayıb. 

"İndi bölgəmizdə əsl sülh hökm sürür. Xalqımıza çatdırmağa çalışdığım əsas fikir budur ki, indi sülh var, amma sülh möhkəmləndirilməli, institusionallaşdırılmalıdır və bunun üçün davamlı səylər göstərməliyik. Çünki sülh mövcuddur, amma onu laqeydlik etmək olmaz, əks halda məhv ola bilər", - deyə Paşinyan qeyd edib.

Ağarza Elçinoğlu 

Chosen
16
41
unikal.az

10Sources