Kürdəmirdə ağır yol qəzası baş verib.
Bizim.Media xəbər verir ki, dünən saat 12:30 radələrində M.Nəsirov idarə etdiyi “MAN” markalı yük avtomobili ilə Kürdəmir şəhəri ərazisində yolu keçmək istəyən 1949-cu il təvəllüdlü Əliyev Teyyub Ələmdar oğlunu vurub.
T.Əliyev xəstəxanaya çatdırılsa da, vəfat edib.
Faktla bağlı Kürdəmir RPŞ-də cinayət işi başlanıb. (Qafqazinfo.az)
Bizim.Media