EN

Azərbaycan sülh istiqamətində ciddi addımlar atır, böyük nəticələr göz önündədir - XİN rəhbəri

Bu gün Azərbaycan inkişaf edir və sülh istiqamətində ciddi addımlar atır və böyük nəticələr göz önündədir.

Missiya.Az "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı "Ana harayı" abidəsini ziyarət edərkən jurnalistlərə açıqlamasında deyib.

Nazir qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı və ordusu qətiyyətli addımlar atıb və torpaqlarını azad edib:

"Bütün dünya gördü ki, sülh prosesində də tam liderlik, bütün təşəbbüslər yenə də Azərbaycan tərəfindən edilib. Bu istiqamətdə ciddi addımlar atılır, böyük nəticələr göz önündədir. Eyni zamanda tariximizi unuda bilmərik. Ona görə, bugünkü ildönümü önəmlidir. Həmişə olduğu kimi Azərbaycan xalqı şəhidlərimizi yad edir".

Chosen
2
10
missiya.az

10Sources