"Bu gün Azərbaycan sülh istiqamətində ciddi addımlar atır və böyük nəticələr göz önündədir".
"Yeni Sabah" xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov deyib.
Nazir qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı və ordusu qətiyyətli addımlar atıb və torpaqlarını azad edib:
"Bütün dünya gördü ki, sülh prosesində də tam liderlik, bütün təşəbbüslər yenə də Azərbaycan tərəfindən edilib. Bu istiqamətdə ciddi addımlar atılır, böyük nəticələr göz önündədir. Eyni zamanda tariximizi unuda bilmərik. Ona görə, bugünkü ildönümü önəmlidir. Həmişə olduğu kimi Azərbaycan xalqı şəhidlərimizi yad edir".
Telegram kanalımız