EN

Bayramov: Azərbaycan sülh istiqamətində ciddi addımlar atır

Azərbaycan inkişaf edir və sülh istiqamətində ciddi addımlar atır. Bunu xarici İşlər naziri Ceyhun Bayramov Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar “Ana harayı” abidəsini ziyarət edərkən jurnalistlərə açıqlamasında bildirib.

“Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı və ordusu qətiyyətli addımlar atıb və torpaqlarını azad edib. Bütün dünya gördü ki, sülh prosesində də tam liderlik, bütün təşəbbüslər yenə də Azərbaycan tərəfindən edilib. Bu istiqamətdə ciddi addımlar atılır, böyük nəticələr göz önündədir. Eyni zamanda tariximizi unuda bilmərik. Ona görə, bugünkü ildönümü önəmlidir. Həmişə olduğu kimi Azərbaycan xalqı şəhidlərimizi yad edir”, - o bildirib. 

Bayramov həmçinin vurğulayıb ki, Xocalı faciəsinin xatirəsi Azərbaycan xalqı üçün həmişə önəmli və unudulmazdır.

Aytac Zeynalova 

Chosen
1
10
anews.az

10Sources