EN

Trampın İranla müharibə planı: Öncə bu ölkə hücum edəcək, sonra isə...

ABŞ prezidenti Donald Trampın müşavirləri ilk olaraq İsrailin İrana hücumu etməsini dəstəkləyirlər.

Publika.az xəbər verir ki, bu barədə "Politico" nəşri məlumat yayıb.

Bildirilib ki, İranın cavab tədbirləri görməsinə səbəb olacaq İsrail hücumu məntiqli hesab olunur və ABŞ da mümkün hərbi əməliyyat üçün ictimai dəstəyin artmasına kömək edəcək.

"Administrasiya daxilində və ətrafında hakim fikir budur ki, İsrailin əvvəlcə təkbaşına hərəkət etməsi siyasi cəhətdən daha yaxşı olardı. Bu da İrana qisas almaq üçün daha çox səbəb verər və beləliklə, bizi hərəkətə keçməyə sövq edər", - məqalə müəllifləri qeyd edib.

İddia olunub ki, Tramp administrasiyası müharibəni İsrail vasitəsilə başlatmaqla ictimai dəstək qazanmağı hədəfləyir. Mümkün əməliyyatın əhatə dairəsinin aydın olmadığı və potensial risklərin nəzərdən keçirildiyi vurğulanıb.

Chosen
17
5
publika.az

7Sources