EN

“Ağlamağım gəlir” – “Yuventus”un kapitanı

“Yuventus”un kapitanı Manuel Lokatelli komandasının Çempionlar Liqasından kənarda qalmasını şərh edib.

Msport.az xəbər verir ki, Turin klubu iki oyunun nəticəsinə əsasən, “Qalatasaray”a uduzaraq, mübarizəni dayandırıb:

“Düzünü desəm, ağlamağım gəlir. Biz çox inanırdıq, bu oyuna bütün ruhumuzu, gücümüzü qoyduq. İlk hissədəki insident hər şeyi çətinləşdirdi. Lakin bu gün ürəkdən hər kəsə təşəkkür etmək istəyirəm. Stadionda inanılmaz atmosfer var idi, bu cür gecələr daim yadda qalır. Biz lazım olan bütün enerjini alırdıq”.

Qeyd edək ki, “Qalatasaray” İstanbulda “Yuve”ni 5:2 hesabı ilə məğlub etmişdi. Cavab matçında Turin klubu 3:2 hesabı ilə qələbə qazanıb və meydan sahibləri iki qolu azlıqda vurublar.

Chosen
5
msport.az

1Sources