Aktual.az xəbər verir ki, Manset.az Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik İsa Həbibbəyli ilə əlaqə saxlayıb. O, elm adamlarının iclas zamanı yuxuya getməsi ilə bağlı yayılan məlumatları təkzib etməyə çalışıb:
"Mən kimlərinsə yatdığını görməmişəm. Belə bir halın şahidi olmamışam. İclas yüksək səviyyədə keçirildi, qarşıda qoyulan məqsədlərə cavab verdi və yekunlaşdırıldı. Belə xırda məsələlərlə işimizə kölgə salmaq doğru deyil”.