EN

"Qalatasaray" Çempionlar Liqasından nə qədər qazanıb? - REKORD gəlir

Turnirə vəsiqə qazanan "Qalatasaray" Çempionlar Liqasında iştirak payı olaraq 18,62 milyon avro qazanıb.

Milli.Az xəbər verir ki, "Yuventus"u kənarlaşdıran "Qalatasaray"ın gəliri rekord həddə çatıb.

Liqa mərhələsində keçirdiyi 8 oyundan 3 qələbə və 1 heç-heçə əldə edən komanda bu performansı ilə 7 milyon avro qazandığı halda, liqadakı sıralamasına görə 5,08 milyon avro gəlir əldə edib.

Yayımı hovuzunun dəyərləndirilməsindən 6,41 - 10,41 milyon avro (orta hesabla 8,41 milyon avro) qazanan İstanbul klubunun UEFA əmsalı payına düşən məbləğ isə 2,42 milyon avro olub.

"Sarı-qırmızılılar" son 16 pley-off mərhələsinə qaldığı üçün 1 milyon avroluq gəliri də büdcəsinə əlavə edib.

Beləliklə, komandanın bu mövsümkü ümumi gəliri 53,5 milyon avroya çatıb.

Milli.Az

Chosen
13
2
milli.az

6Sources