ain.az, Milli.az portalına istinadən məlumat yayır.
Turnirə vəsiqə qazanan "Qalatasaray" Çempionlar Liqasında iştirak payı olaraq 18,62 milyon avro qazanıb.
Milli.Az xəbər verir ki, "Yuventus"u kənarlaşdıran "Qalatasaray"ın gəliri rekord həddə çatıb.
Liqa mərhələsində keçirdiyi 8 oyundan 3 qələbə və 1 heç-heçə əldə edən komanda bu performansı ilə 7 milyon avro qazandığı halda, liqadakı sıralamasına görə 5,08 milyon avro gəlir əldə edib.
Yayımı hovuzunun dəyərləndirilməsindən 6,41 - 10,41 milyon avro (orta hesabla 8,41 milyon avro) qazanan İstanbul klubunun UEFA əmsalı payına düşən məbləğ isə 2,42 milyon avro olub.
"Sarı-qırmızılılar" son 16 pley-off mərhələsinə qaldığı üçün 1 milyon avroluq gəliri də büdcəsinə əlavə edib.
Beləliklə, komandanın bu mövsümkü ümumi gəliri 53,5 milyon avroya çatıb.
Milli.Az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.