EN

Media: ABŞ İranın ali dini liderinə hücum ehtimalını istisna etməyib

Bakı, 26 fevral, AZƏRTAC

ABŞ-nin hakimiyyət orqanları ölkəni “başsız qoymaq” məqsədilə İranın ali lideri Ayətullah Əli Xameneiyə sui-qəsdi nəzərdən keçirir.

AZƏRTAC xəbər verir ki, “Politico” nəşri bu barədə mənbələrinə istinadla məlumat yayıb. Nəşrin həmsöhbətinin sözlərinə görə, Vaşinqton Yaxın Şərqdə vəziyyətin gərginləşməsi fonunda bütün variantları nəzərdən keçirir. Mümkün qərarlar mövcud şərait və təhlükəsizlik qiymətləndirmələri əsasında qəbul olunacaq.

ABŞ Dövlət Departamenti isə öz növbəsində diplomatik kanalların açıq saxlanıldığını və gərginliyin artmasında maraqlı olmadıqlarını vurğulayıb.

Chosen
31
3
azertag.az

4Sources