EN

YAP ilə AK Partinin fikir mübadiləsi

ain.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

Fevralın 25-də Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov ilə Birinci Türkoloji Qurultayın 100 illik yubileyi münasibətilə keçiriləcək tədbirdə iştirak etmək üçün ölkəmizdə səfərdə olan Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AK Parti) Sədrinin Türk dövlətləri ilə əlaqələr üzrə müavini, Türkiyə Böyük Millət Məclisinin üzvü Kürşad Zorlunun rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.Görüşdə Azərbaycan ilə Türkiyə arasındakı bütün dünyaya nümunə olan sarsılmaz dostluq və qardaşlıq münasibətlərinin iki ölkənin liderləri – Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğanın məqsədyönlü siyasəti nəticəsində uğurla inkişaf edərək keyfiyyətcə yeni mərhələyə - strateji müttəfiqlik səviyyəsinə yüksəldiyi məmnunluqla vurğulanıb. Şuşa Bəyannaməsindən irəli gələn öhdəliklərin ardıcıl olaraq yerinə yetirilməsinin istər ikitərəfli əlaqələrin, istərsə də regionda çoxşaxəli işbirliyinin genişləndirilməsi kontekstində önəmi diqqətə çatdırılıb. Görüşdə Türk dövlətləri, o cümlədən etibarlı strateji müttəfiqlər olan Azərbaycan ilə Türkiyə arasında münasibətlərin inkişafı xüsusunda partiyalararası əlaqələrin gücləndirilməsinin zəruriliyi də vurğulanıb. Partiyalar arasında fikir və təcrübə mübadiləsinin genişləndirilməsi üçün qarşılıqlı səfərlərin önəminin vurğulandığı görüş zamanı AK Parti Sədrinin Türk dövlətləri ilə əlaqələr üzrə müavini Kürşad Zorlu Yeni Azərbaycan Partiyasının nümayəndələrini bu il Türkiyədə keçirilməsi nəzərdə tutulan Türk Dünyası Birinci Siyasət Forumuna dəvət edib.

XQ

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
6
7
xalqqazeti.az

8Sources