EN

ABŞ onları müharibəyə hazırlayır: Hədəfdə Türkiyədir

ain.az, Hurriyyet saytına istinadən bildirir.

ABŞ Cənubi Kipr əsgərlərinə müxtəlif sahələrdə hərtərəfli təlim keçməyə başlayıb.

Hurriyyet.org xəbər verir ki, bu barədə "Sözcü" qəzeti yazıb.

Bildirilib ki, ABŞ Suriyada PKK-nın uzantıları hesab edilən terrorçu qruplara hərbi təlim dəstəyini dayandırsa da, Kipr Rum Milli Qvardiyası üçün hərtərəfli təlim proqramı başladıb.

Müqavilə çərçivəsində ABŞ hərbi mütəxəssisləri Cənubi Kipr əsgərlərinə terrorla mübarizə, şəhər əməliyyatı texnikaları, xüsusi əməliyyat tətbiqləri və böhranların idarə olunması üzrə təlim keçirlər. Birgə təlimlər əməliyyat koordinasiyasına, müdafiə planlaşdırmasına və müasir müharibə texnikalarına yönəlib.

ABŞ, həmçinin kibermüdafiə, kibertəhlükəsizlik və rəqəmsal təhdid təhlili sahələrində də dəstək göstərir. Cənubi Kipr hərbçiləri və təhlükəsizlik işçiləri qabaqcıl proqram sistemləri, məlumat təhlükəsizliyi prot okolları və rəqəmsal infrastrukturun qorunması metodları üzrə təlim keçirlər.

Nəşr yazır ki, bölgədə son zamanlar hərbi fəaliyyətin artması, enerji resursları üzərində rəqabət və Türkiyə ilə gərginlik bu əməkdaşlığın əhəmiyyətini artırır. İndi isə Kipr Rum ordusuna verilən hərtərəfli təlim dəstəyi Ankara ilə Vaşinqton arasında yeni diplomatik gərginlik yarada biləcək bir inkişaf kimi şərh olunur.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
2
1
hurriyyet.az

2Sources