EN

Nikol Paşinyan: Biz kiçik dövlətik, onlara nə edə bilərik?

BAKI, 26 fevral. TELEQRAF

“ABŞ və İran arasındakı hərbi gərginliyin Cənubi Qafqaza təsir edəcəyindən narahatıq”.

Teleqraf xəbər verir ki, bunu Polşada səfərdə olan Ermənistan Baş naziri Nikol Paşinyan mümkün ABŞ-İran qarşıdurmasının ölkəsinə təsirini şərh edərkən deyib.

“İran-ABŞ məsələsinə gəlincə, Ermənistan kiçik və sadə dövlətdir, ABŞ-İran münasibətlərini qiymətləndirmək bizim imkanlarımız daxilində deyil. Əlbəttə, narahatıq, bu vəziyyətdən diplomatik yollarla çıxılmasını istəyirik.

Bu çox dəyişkən və qeyri-sabit vəziyyətdə sevinirik ki, öz regionumuzda (Cənubi Qafqaz) sabitlik və sülhü təmin edə bilmişik. Bu baxımdan, istənilən qeyri-sabitlik və çağırış çox narahatedicidir, ümid edirik ki, sabitlik olacaq. Bəllidir ki, bu vəziyyətə təsir göstərə bilmərik, buna görə də bizim işimiz ümid etməkdir ki, hər şey yaxşı olacaq. Söylədiyim kimi, biz kiçik dövlətik, yalnız diplomatiyanın səsinə dəstək verə bilərik”, - Paşinyan qeyd edib.

Chosen
4
teleqraf.com

1Sources