EN

Cənubi Koreyada 20 yaşlı seriyalı qatil gözəlliyi ilə məşhurlaşıb

Cənubi Koreyada 20 yaşlı seriyalı qatil iki gənc kişini öldürdüyünə görə həbs edilib.

Herbiand.az bildirir ki, bu barədə Mothership xəbər verib.

Kim adı ilə tanınan qız 19 fevralda həbs edilib. O, 2025-ci ilin dekabr ayı ilə 2026-cı ilin fevralı arasında üç kişinin içkisinə sakitləşdirici dərman əlavə edib. Birinci qurban iki gün komada qalıb, lakin sağ qalıb. Digər ikisini isə xilas etmək mümkün olmayıb.

Polis həbs olunanın şəxsiyyəti haqqında məlumat yaymayıb, lakin internet istifadəçiləri onun sosial səhifəsini aşkar ediblər. Bundan dərhal sonra qatil gözəlliyi ilə məşhurlaşıb. Kişilər ona sevgilərini bildirməyə və rəğbət bəsləməyə başlayıblar, həmçinin onun cinayətkar olmaq üçün çox gözəl olduğunu deyiblər. Həbsdən əvvəl təxminən 200 izləyicisi olan Kimin hesabı bir neçə gün ərzində 10.000-dən çox yeni izləyici qazanıb.

Müstəntiqlər artıq Kimin internetdə ölümcül narkotik qarışığının necə hazırlanacağı barədə məlumatı axtardığına dair dəlillər tapıblar. O, ilkin dindirmə zamanı zərərçəkmişlərin içkilərinə “mübahisədən sonra onları yuxuya vermək” üçün narkotik maddə qoyduğunu bildirib.

Polis hazırda Kimin əlavə qurbanlarının olub-olmadığını araşdırır. Onun cinayət törətməsinin motivi hələ müəyyən edilməyib.

Bəxtiyar CƏFƏRLİ

Chosen
25
herbiand.az

1Sources