EN

Rektordan AMEA-nın iclasında yatan alimlərlə bağlı AÇIQLAMA

“Yaşlı alimlərimizə münasibət cəmiyyətin elmə münasibətinin göstəricisidir. Biz onları bir kadrla və ya epizod ilə deyil, ömür boyu gördükləri işlərlə qiymətləndirməliyik”.

“Yeni Sabah” xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru, dosent Rüfət Əzizov bildirib.

O qeyd edib ki, təhsil və elm sahəsində müzakirələr mümkündür, lakin hörmət çərçivəsində: “Bu insanlar ölkəmizin intellektual yaddaşıdır”.

Rektor xatırladıb ki, ötən gün sosial mediada AMEA-nın illik hesabat tədbirindən yayılan bəzi görüntülər geniş müzakirə olundu:

“Eyni gün 95 illik yubileyi münasibətilə ADNSU-nun görkəmli alimi, professor Çingiz Müzəffər oğlu Xəlifəzadəni təbrik etmək şərəfinə nail oldum. Azərbaycan Respublikasının əməkdar elm xadimi və əməkdar geoloqu, Beynəlxalq Ekoenergetika Akademiyasının akademiki, Rusiya Təbiət Elmləri Akademiyasının xarici üzvü, Vyetnam Respublikasının fəxri neftçisi, geologiya-mineralogiya elmləri doktoru, professor Çingiz Xəlifəzadə Azərbaycan geologiya elminin simalarından biridir. Çingiz müəlllimin rəhbərliyi altında son 40 ildə 23 elmlər namizədi və üç elmlər doktoru hazırlamışdır. Həmçinin Yəmən, Misir, Konqo, Mali, Vyetnam və Rusiya üçün 11 elmlər namizədi hazırlayıb”.


Telegram kanalımız
Chosen
5
yenisabah.az

1Sources