EN

Cenevrədə üçüncü raund: İran nüvə danışıqlarında ABŞ-yə yeni təkliflər göndərib

İran nümayəndə heyəti Oman vasitəçiləri vasitəsilə ABŞ danışıqçılarına nüvə probleminin həlli üzrə təklifləri ötürüb.

"Report" xəbər verir ki, bu barədə IRNA agentliyi mənbəyə istinadən məlumat yayıb.

"İran nümayəndə heyəti nüvə danışıqlarının üçüncü raundu çərçivəsində təklifləri ABŞ tərəfinə ötürüb", - o, təkliflərin təfərrüatlarını dəqiqləşdirmədən bildirib.

Qeyd olunub ki, İran tərəfinin təkliflərini xarici işlər naziri Abbas Əraqçi omanlı həmkarı Bədr Əl-Busaidiyə təqdim edib.

"Görüş zamanı İranın sanksiyaların aradan qaldırılması üzrə mümkün razılaşma və nüvə məsələsi ilə bağlı bəzi mülahizələri səsləndirilib", - mənbə bildirib.

Qeyd edək ki, Cenevrədə ABŞ və İran arasında İranın nüvə proqramı üzrə danışıqların üçüncü raundu başlayıb.

Chosen
12
50
far.az

10Sources