AZ

ABŞ İrandan üç əsas nüvə obyektinin ləğv olunmasını tələb edir

ain.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.

ABŞ İranın üç əsas nüvə obyektini sökməsini və zənginləşdirilmiş uranın hamısını Vaşinqtona təhvil verməsini istəyir.

Bizimyol.info xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) qəzeti məlumat yayıb.

Nəşrin yazdığına görə, ABŞ nümayəndələrinə Cenevrədə İranla keçirilən danışıqlarda “aydın şəkildə bildirmək” tapşırılıb ki, Tehran Fordo, Natanz və İsfahandakı üç əsas nüvə obyektini demontaj etməli, həmçinin bütün zənginləşdirilmiş uranı ABŞ-a təhvil verməlidir. Bundan əlavə, Vaşinqton İranın nüvə proqramı ilə bağlı razılaşmanın müddətsiz olmasında israr edir.

Öz növbəsində İran ABŞ-a təklif edib ki, uranın zənginləşdirilməsi səviyyəsini 60%-dən 1,5%-ə endirsin və bu prosesi yeddi il müddətinə dayandırsın.

Qəzetin qeydinə görə, tərəflər arasında əsas fikir ayrılıqlarından biri də sanksiyalar məsələsidir. ABŞ razılaşma əldə olunacağı təqdirdə İrana qarşı sanksiya təzyiqini minimal səviyyədə azaltmaq niyyətindədir. Tehran isə əksinə, Vaşinqtonun tətbiq etdiyi məhdudiyyətlərin əhəmiyyətli dərəcədə yumşaldılmasını tələb edir.

Fevralın 26-da Cenevrədə İran və ABŞ arasında nüvə dosyesi üzrə danışıqların üçüncü raundu keçirilir. İslam Respublikasının Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqainin sözlərinə görə, üçüncü raundun gündəliyi əvvəlki görüşlə müqayisədə dəyişməyib. Tehran ABŞ sanksiyalarının ləğvini və nüvə enerjisindən dinc məqsədlərlə istifadə hüququnun tanınmasını istəyir.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
11
50
bizimyol.info

10Mənbələr