EN

Böyük qələbə: Tarixi ədalətin bərpası, milli qürur və qisas ideologiyasının təcəssümü kimi

Demokrat.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Xocalı soyqırımı Azərbaycan xalqının yaddaşında dərin iz qoymuş ən ağrılı yaralardan biri olsa da, son illərin hadisələri bu faciəyə baxış bucağımızı kədərdən zəfərə və tarixi ədalətə doğru dəyişdi. 26 fevralı artıq təkcə bir matəm günü kimi deyil, həm də milli qürurumuzun bərpasına gedən yolun başlanğıcı kimi qiymətləndiririk. Artıq Azərbaycan xalqı bu hadisəni hüznlə bərabər qürurla da qeyd edir. Çünki intiqam artıq alınıb. Çünki günahkarlar artıq cəzalandırılıb. Həm də Azərbaycan xalqı tərəfindən, bizim millətimiz tərəfindən.Baxmayaraq ki, dünya bu hadisəyə hər zaman biganə idi, uzun illər boyu Xocalı faciəsi beynəlxalq müstəvidə yalnız bir "humanitar fəlakət" kimi təqdim olunmağa çalışılsa da, Azərbaycan dövlətinin yürütdüyü siyasət nəticəsində bu hadisənin soyqırımı olduğu faktı dünyaya qəbul etdirildi. Leyla xanım Əliyevanın rəhbərliyi altında bütün dünyada aparılan "Xocalıya ədalət" kampaniyası ilə dünya əsl həqiqəti gördü, tanıdı. Xocalı caniləri Azərbaycan dövlətinin təşkil etdiyi ədalət məhkəməsində cavab verdilər və artıq öz cəzalarını çəkirlər.Bu gün artıq Xocalı azaddır. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə aparılan 44 günlük Vətən müharibəsi və 23 saatlıq antiterror əməliyyatı nəticəsində digər şəhər və rayonlarımız kimi Xocalı da öz doğma yurduna qayıtdı. Bu gün artıq Xocalını insan nəfəsi isidir. Ayaqyalın Xocalıdan çıxmış körpələr artıq yeni həyat qurmaq üçün öz doğma el-obasına qayıdırlar. Xocalı onilliklər boyu bizim üçün "məzlum xalq" obrazının simvoluna çevrilmişdi. Lakin Ali Baş Komandanın rəhbərliyi ilə qazanılan böyük qələbə bu psixoloji baryeri darmadağın etdi.

"Xocalı artıq ağrının deyil, dirçəlişin və qürurun rəmzidir."Milli qürurumuzun ən böyük göstəricisi odur ki, biz Xocalı qurbanlarının xatirəsini artıq başıaşağı deyil, qalib bir xalq olaraq ehtiramla yad edirik. Bu, bir millətin öz keçmişinə sahib çıxmaqla bərabər, gələcəyə dik baxmaq iradəsidir. Biz artıq Xocalını qururuq, yaradırıq, yenidən özünə qaytarırıq. Biz and içdiyimiz qisasımızı aldıq. Azərbaycan dövlətinin və ordusunun həyata keçirdiyi "qisas" ideologiyası dünyadakı digər nümunələrdən fərqlənir. Bizim qisasımız mülki əhaliyə qarşı yönəlmədi; biz qisasımızı döyüş meydanında, işğalçı ordunu məhv edərək aldıq.Bizim kədər nisgilimiz bitdi. Xocalı artıq bir yara deyil, bir tarixdir, bir dərsdir. Bizim üçün heç vaxt unudulmayacaq bir dərsdir. Lakin bu gün bu dərs zəfərlə taclanıb. Böyük Qələbə göstərdi ki, heç bir cinayət cəzasız qalmır və heç bir tarixi ədalətsizlik əbədi deyil. Biz Xocalını yenidən quraraq, ora həyatı qaytararaq ən böyük mənəvi qələbəmizi qeyd edirik.Əfsanə İbrahimova

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
17
demokrat.az

1Sources