"Sumqayıt"ın futbolçusu Roy Kehat üçün mövsüm başa çatıb.

Offsideplus.az xəbər verir ki, "Qəbələ" ilə matçda zədələnən 33 yaşlı yarımmüdafiəçi əməliyyat olunub.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Onun əməliyyatı vətəni İsraildə baş tutub.

O, bu mövsümün sonuna kimi komandasına kömək edə bilməyəcək.