EN

Peskov: Rusiya XİN ölkənin Sülh Şurasına daxil olması ilə bağlı mövqeyini hələ də formalaşdırır

Rusiya Xarici İşlər Nazirliyi (XİN) ölkənin Sülh Şurasına daxil olması ilə bağlı mövqeyini hələ də formalaşdırır.

"Far.Az" yerli KİV-ə istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov brifinq zamanı bəyan edib.

"XİN hələ də mövqeyini formalaşdırır. Bilirsiniz ki, bir sıra dövlətlərin, o cümlədən bizə dost olan ölkələrin mövqeyi kifayət qədər birmənalı deyil, bütün bunlar nəzərə alınır", - o deyib.

Chosen
22
far.az

1Sources