EN

2,9 milyonluq tenderin qalibi olan şirkət “qara siyahı”da – Saxta sənəd təqdim edib

Satınalma müsabiqələrində fəal iştirak edən və vaxtaşırı qalib seçilən “Dream Construction Company” MMC etibarsız təchizatçılar siyahısına salınıb.

Qaynarinfo xəbər verir ki, şirkət 24 fevral 2027-ci ilədək satınalma müsabiqələrində iştirak edə bilməz.

“Dream Construction Company” MMC-nin etibarsız təchizatçılar siyahısına salınmasının səbəbi isə saxta sənəd təqdim etməsi ilə bağlıdır.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, “Dream Construction Company” MMC 20 may 2014-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 5515 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nizami rayonu, Heydər Əliyev prospekti, ev 152-də yerləşir. MMC-nin qanuni təmsilçisi Cavadov Cavid Elman oğludur.

“Dream Construction Company” MMC “Otaxlı” MMC adı ilə fəaliyyət göstərib. Şirkət təsis ediləndən bu günədək qanuni təmsilçisi 4 dəfə dəyişib.
Dövlət satınalmalarının vahid internet portalı üzərindən apardığımız araşdırma zamanı məlum olub ki, “Dream Construction Company” MMC ötən il 13 tenderin qalibi seçilib.

Bu tenderlər aşağıdakı qurumlar tərəfindən keçirilib:

– Sumqayıt Şəhər İcra Hakimiyyəti – 3 tender
– Sumqayıt Şəhər İcra Hakimiyyəti yanında Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi – 2 tender
– Bərdə Rayon İHB-nin Şəhər Nümayəndəliyi – 2 tender
– Bərdə Rayon İcra Hakimiyyəti -1 tender
– Ağdam Rayon İcra Hakimiyyəti – 3 tender
– Qubadlı Rayon İcra Hakimiyyəti – 1 tender
– Ağdam Rayon İHB-nin Quzanlı Ərazi Nümayəndəliyi – 1 tender.
– Satınalma müqavilələrinin ümumi maliyyə dəyəri isə 2 961 891,07 manat təşkil edir.

Chosen
5
9
veteninfo.az

10Sources