EN

Təsadüfən yoldan keçən şəxs yanan avtomobildən sürücünü XİLAS ETDİ – VİDEO

Başqırdıstanda yoldan keçən şəxs yanan avtomobildən sürücünü xilas edə bilib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.

Başqırdıstanın Beloretsk şəhərində yaşayış binasının həyətində “Lada Granta” markalı avtomobil qəfildən alışıb.

Hadisənin şahidi olan Rinat adlı şəxs yanğınsöndürənləri gözləmədən alovlara bürünmüş nəqliyyat vasitəsinə tərəf qaçıb.

O, böyük cəsarət göstərərək 39 yaşlı kişini salonun içindən çıxarmağı bacarıb.

Ağır vəziyyətdə olan yaralı dərhal xəstəxanaya çatdırılıb. Hadisə yerinə gələn yanğınsöndürənlər alovu qısa müddətdə söndürüblər.

Hazırda mütəxəssislər yanğının başvermə səbəblərini araşdırırlar.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
16
interpress.az

1Sources