Bu fikirləri "Müasir İnkişaf" İctimai Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü Olaylar.az-a açıqlamasında söyləyib:
" Qabaqcadan planlaşdırılmış, mütəşəkkil şəkildə həyata keçirilmiş, hərbi canilərin rəhbərlik etdiyi silahlı və terrorçu qruplaşmaların, nizami ordu dəstələrinin iştirakı ilə baş vermiş, Azərbaycan xalqına və dövlətinə qarşı yönəlmiş ağır hərbi cinayət idi.
Çox təəssüf ki, xalq olaraq belə bir faciəni yaşadıq və günahsız insanları qətlə yetirən erməni caniləri uzun müddət cəzasızlıq mühitində yaşadılar. Xocalı işğal altında qaldı və bu, Azərbaycan xalqının qanayan yarasına çevrildi.
Nəhayət, 31 ildən sonra- 2023-cü ildə həyata keçirilən antiterror tədbirləri nəticəsində Xocalı azad edildi. Bununla sanki Xocalı yarasını sağaltmış olduq. Bu hadisənin törədilməsində günahkar bilinən 5 erməni hərbi canisi Bakı Hərbi Məhkəməsində mühakimə olundu və cəzalandırıldı.
Beləliklə, cinayəti törədənlərin cəzalandırılması ilə bir növ həmin qurbanların-həlak olan, qətlə yetirilən insanların və onların yaxınlarının qarşısında mənəvi borc yerinə yetirilmiş oldu, qisas alınmış oldu. Azərbaycan dövləti artıq güclü dövlətdir. Azərbaycan xalqı öz taleyinin sahibidir. Güclü liderimiz var və biz bir daha belə hadisələrin xalqımıza qarşı törədilməsinə imkan verməməliyik və verməyəcəyik".
Zeynəb Mustafazadə
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31