EN

Bir gün yaz havası, bir gün qış Temperatur niyə kəskin dəyişir

Demokrat.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Azərbaycanda hava şəraiti tez-tez dəyişir və növbəti günlərdə temperaturda kəskin enişlər gözlənilir. Milli Hidrometeorologiya Xidməti bildirib ki, temperatur ötən günlərlə müqayisədə 5–8 dərəcə aşağı düşəcək. Fevralın 27-si axşamdan martın 2-dək Bakıda və Abşeron yarımadasında yağıntılı hava şəraiti hökm sürəcək. Yağışın bəzi yerlərdə intensivləşəcəyi, gecə və axşam saatlarında isə sulu qara çevriləcəyi ehtimal olunur.Ekoloq Elçin Məmmədov Demokrat.az-a açıqlamasında bildirib ki, son günlər Bakıda müşahidə olunan yaz havasından sonra sulu qarın yağması keçid mövsümü üçün xarakterikdir:“Bakı müxtəlif hava kütlələrinin tez-tez toqquşduğu coğrafi nöqtədə yerləşir. İsti hava daxil olur, temperatur qalxır, hamı düşünür ki, yaz başlayır. Ardınca isə şimaldan soyuq hava daxil olur və temperatur bir neçə saat ərzində kəskin enir. Atmosferdə rütubət artıq olduğundan yağış sulu qara çevrilir. Keçid mövsümlərində belə hallar daha dinamik olur. Hava təzyiqindəki fərqlər küləklərin güclənməsinə səbəb olur, küləyin istiqamət dəyişməsi isə temperaturun sürətlə enib-qalxmasına gətirib çıxarır. Digər mühüm amil Xəzər dənizidir. Dəniz üzərində formalaşan rütubətli hava sahilboyu ərazilərə daşınır və soyuq hava ilə qarşılaşdıqda yağıntı intensivləşir. Bu da sulu qarın müşahidə olunmasını şərtləndirir.Eyni zamanda, qlobal iqlim dəyişiklikləri fonunda fəsillərarası sərhədlər daha qeyri-sabit olub. Qısa müddətdə kəskin dəyişikliklər daha tez-tez baş verir. Bu halların gələcəkdə də müşahidə olunması mümkündür və artıq nadir hadisə hesab edilmir”.Qeyd edək ki, bir neçə gün öncə Bakıda yaz havası hiss olunurdu və temperatur olduqca yüksək idi.Havanın belə kəskin dəyişməsi təkcə planlarımızı yox, həm də əhvalımızı və səhhətimizi sınağa çəkir. Tam yaz gəlir deyib sevinərkən qışın yenidən qapını döyməsi orqanizmin də tarazlığını pozur. Elə bu səbəbdən yaxın günlərdə qalın geyimləri yenidən çıxarmaq, yağıntılı havaya hazır olmaq lazımdır.Leyla Turan

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
6
demokrat.az

1Sources