Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib, İkinci Liqanın 15-ci turunun oyunları ilə bağlı bəzi qərarlar qəbul edilib.
Arena.az AFFA-nın rəsmi saytına istinadən həmin qərarlarla sizi də tanış edir:
İkinci Liqa, 15-ci tur
“Araz Saatlı” – “Şirvan” oyununda “Şirvan”ın 4 futbolçusu sarı vərəqə aldığı üçün “Şirvan” 70 manat cərimə edilib. Oyunun 90+2-ci dəqiqəsində “Şirvan”ın futbolçusu Elcan Rəsulov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəza alıb. “Şirvan” buna görə 50 manat cərimə edilib.
“Kür-Araz” – “Dinamo” oyununda “Kür-Araz”ın 5 futbolçusu sarı vərəqə aldığı üçün sözügedən klub 70 manat cərimə edilib.
“Şəmkir” – “Şəki” oyununda “Şəmkir”in 4 futbolçusu sarı vərəqə aldığı üçün sözügedən komanda 70 manat cərimə edilib. Oyunun 53-cü dəqiqəsində “Şəmkir”in futbolçusu Hüseyn Atayev rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəza alıb. “Şəmkir” buna görə 100 manat cərimə edilib.
