EN

Milli Məclis Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar beynəlxalq təşkilatlara müraciətlər ünvanlayıb

Bakı. Trend:

Milli Məclis tərəfindən Xocalı soyqırımının 34-cü ildönümü iləəlaqədar xarici ölkələrin parlamentlərarası əlaqələr üzrə işçiqruplarının rəhbərlərinə, parlamentlərin beynəlxalq komitələrininsədrlərinə və beynəlxalq parlament təşkilatlarına müraciətlərünvanlanıb.

Bu barədə Trend-ə Milli Məclisin Mətbuat və ictimaiyyətləəlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, müraciətlərdə Azərbaycan xalqının bu ilErmənistanın Azərbaycan Respublikasının ərazilərini işğalı zamanıtörətdiyi Xocalı soyqırımının 34-cü ildönümünü dərin hüznlə yadetdiyi qeyd olunaraq, Xocalı qəsəbəsinin dinc sakinlərinə qarşıtörədilmiş bu amansız qətliamın XX əsrdə bəşəriyyətə qarşı həyatakeçirilmiş ən ağır və dəhşətli cinayətlərdən biri kimi tarixədüşdüyü vurğulanır.

Bildirilir ki, bu soyqırım zamanı etnik mənsubiyyətlərinə görə63-ü uşaq, 106-sı qadın və 70-i qoca olmaqla, 613 mülki şəxsqəddarcasına qətlə yetirilib. 8 ailə tamamilə məhv edilib, 25 uşaqhər iki valideynini, 130 uşaq isə bir valideynini itirib.Qurbanlara qarşı misilsiz qəddarlıqlar törədilib. Meyitlər təhqiredilib, bəzi qurbanlar diri-diri yandırılıb.

Müraciətlərdə deyilir ki, Xocalı soyqırımı beynəlxalq humanitarhüququn, insan hüquqlarının, habelə Soyqırım cinayətinin qarşısınınalınması və cəzalandırılması haqqında Konvensiyanın, İşgəncə vədigər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və cəzaəleyhinə qarşı Konvensiyanın, İrqi ayrı-seçkiliyin bütünformalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiyanın kobudşəkildə pozulmasıdır.

Qeyd olunur ki, 2020-ci ilin 44 günlük Vətən müharibəsi və2023-cü ilin lokal antiterror tədbirləri nəticəsində ərazibütövlüyümüzün və suverenliyimizin bərpası dövlətimizin vəxalqımızın birlik və həmrəyliyini təcəssüm etdirir. Bu gün Xocalıda daxil olmaqla bütün azad edilmiş ərazilərə həyat yenidənqayıdıb. Öz doğma torpaqlarında sülh və təhlükəsizlik şəraitindəyaşayan xalqımız Xocalı soyqırımı qurbanlarının xatirəsini əbədiyaşadacaq.

Həmçinin, məhz Azərbaycanın cənab Prezident İlham Əliyevinrəhbərliyi ilə Ermənistanla sülh prosesinin başlanması vəirəlilədilməsi istiqamətində ilk təşəbbüsü irəli sürdüyü, buprosesin ötən ilin avqustunda ABŞ-ın Vaşinqton şəhərində“Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhünvə dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş”inparaflanması ilə nəticələndiyi də diqqətə çatdırılır.

Bildirilir ki, bu gün iki ölkə arasında formalaşmış faktiki sülhmühiti Azərbaycanın Ermənistana yük daşınmasına tətbiq etdiyi bütünməhdudiyyətləri aradan qaldırması, neft məhsullarının ixracınıtəmin etməsi, eləcə də parlament üzvləri və vətəndaş cəmiyyətinümayəndələri arasında qarşılıqlı dialoq və təmaslarıngenişləndirilməsi kimi bir sıra etimad quruculuğu tədbirləri ilədaha da möhkəmləndirilir.

Müraciətlərdə beynəlxalq əməkdaşlığın, xüsusən dəparlamentlərarası dialoqun gücünü nəzərə alaraq, Xocalı soyqırımıbarədə məlumatlılığın artırılması və onun beynəlxalq səviyyədətanınması, eləcə də təqsirkarların məsuliyyətə cəlb edilməsiistiqamətində səylərin davam etdirildiyi, bu faciənin anılmasınıntəkcə qurbanların xatirəsini yad etmək deyil, həm də gələcəkdəbəşəriyyətə qarşı bu cür cinayətlərin qarşısının alınmasına çağırışolduğu vurğulanır.

Chosen
14
40
az.trend.az

10Sources