Neftçala Rayon İcra Hakimiyyətinin (RİH) rayon üzrə abadlıq işləri, mənzil fondunun, daxili yolların əsaslı təmiri işləri ilə əlaqədar layihə-smeta sənədlərinin hazırlanması ilə əlaqədar elan etdiyi kotirovka sorğusu ləğv olunub.
Pravda.az-ın xəbərinə görə, qərarı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi qəbul edib.
Səbəb isə satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayının üçdən az olmasıdır.
Satınalmanın dəyəri 53 982 AZN olub.
Qeyd: Neftçala RİH başçısı Mirhəsən Seyidovdur.
Cabir
Tarix: 26 Fevral 2026, 16:37