EN

Böyük Britaniyada təhsildən və məşğulluqdan kənarda qalan gənclərin sayı bir milyona yaxınlaşır

London, 26 fevral, AZƏRTAC

Böyük Britaniyada nə təhsil alan, nə işləyən, nə də peşə hazırlığında iştirak edən gənclərin sayı artaraq bir milyona yaxınlaşır.

AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, Böyük Britaniyanın Milli Statistika İdarəsinin açıqladığı rəsmi məlumatlara əsasən, 2025-ci ilin oktyabr-dekabr aylarında ölkədə 16-24 yaş arası 957 min gənc bu kateqoriyaya daxil edilib. Bu, həmin yaş qrupundan olan gənclərin 12,8 faizini təşkil edir.

Artım əsasən işsiz qalan gənc qadınların sayının yüksəlməsi ilə bağlıdır. 2025-ci ilin sonunda gənc qadınların 13,3 faizi təhsil və məşğulluqdan kənarda qalan gənclər kateqoriyasına daxil edilib ki, bu da əvvəlki rüblə müqayisədə daha yüksək göstəricidir.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Chosen
19
1
azertag.az

2Sources