London, 26 fevral, AZƏRTAC
Böyük Britaniyada nə təhsil alan, nə işləyən, nə də peşə hazırlığında iştirak edən gənclərin sayı artaraq bir milyona yaxınlaşır.
AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, Böyük Britaniyanın Milli Statistika İdarəsinin açıqladığı rəsmi məlumatlara əsasən, 2025-ci ilin oktyabr-dekabr aylarında ölkədə 16-24 yaş arası 957 min gənc bu kateqoriyaya daxil edilib. Bu, həmin yaş qrupundan olan gənclərin 12,8 faizini təşkil edir.
Artım əsasən işsiz qalan gənc qadınların sayının yüksəlməsi ilə bağlıdır. 2025-ci ilin sonunda gənc qadınların 13,3 faizi təhsil və məşğulluqdan kənarda qalan gənclər kateqoriyasına daxil edilib ki, bu da əvvəlki rüblə müqayisədə daha yüksək göstəricidir.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London