EN

Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib

Azərbaycan ərazisində Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

“İki sahil” xəbər verir ki, saat 17:00-da ölkə ərazisində nəqliyyatın və piyadaların hərəkəti dayandırılıb, avtomobillər siqnal, gəmilər, metro qatarları fit verib.

Ölkənin digər şəhər və rayonlarında, eləcə də Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərində dövlət bayrağı endirilib.

Chosen
13
14
ikisahil.az

10Sources