EN

Tikintidə təhlükəsizlik qaydalarına nəzarət işçilərin həyatı üçün yetərlidir? Ekspert AÇIQLADI

ain.az, Avtosfer portalına istinadən məlumat yayır.

Tikinti sahələrində baş verən bədbəxt hadisə ictimaiyyətin diqqətini bir daha əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına yönəldib. Paytaxtın Səbail rayonu, Badamdar qəsəbəsi ərazisində yerləşən “Huner Group MMC”nin tikinti sahəsində işləyən Neftçala rayon sakini, 1988-ci il təvəllüdlü Ramil Əlisafa oğlu Səfərovun üzərinə elektrik barabanı düşərək hadisə yerində ölməsi bu məsələnin aktuallığını göstərir.Bu hadisə yenidən suallar doğurur: Həqiqətən də tikinti sahələrində təhlükəsizlik qaydalarına nəzarət yetərlidirmi?

Məsələ ilə bağlı təhlükəsizlik eksperti Orxan Musayev Avtosfer.az-a açıqlamasında bildirib ki, bəzi hallarda nəzarət mexanizmləri yetərli səviyyədə deyil və davamlı xarakter daşımır:

“Tikinti sahəsində aparılan işlərin təhlükəsizliyi ilə bağlı normativ baza mövcuddur, qaydalar var, texniki tələblər də müəyyən olunub. Lakin əsas məsələ icradır. Təhlükəsizlik məsələləri sənədlərdə deyil, real sahədə tətbiq olunanda effekt verir. Tikintidə baş verən bədbəxt hadisələri yalnız fərdi səhlənkarlıqla izah etmək düzgün yanaşma deyil. İnsan faktoru da var. Amma sistemli nəzarət zəifdirsə, risklər əvvəlcədən düzgün qiymətləndirilməyibsə, təlimlər və təlimatlar formal xarakter daşıyırsa, bu, artıq struktur məsələsidir. Tikinti sahələrində təhlükəsizlik mədəniyyəti formalaşmalıdır. Bu mədəniyyət yalnız cərimə mexanizmi ilə formalaşmır. Mütəmadi və davamlı maarifləndirmə işləri aparılmalı, işçilər təlimlərdən keçirilməlidir. Parallel olaraq, ictimai nəzarət mexanizmləri də öz sözünü deməlidir. İşçilər öz təhlükəsizliklərinin dəyərini bilməlidir. Müəssisə rəhbəri də qaydalara uyğun olaraq işçilər üçün sağlam və təhlükəsiz iş şəraiti təşkil etməlidir”.

Nurcan Babək

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
31
avtosfer.az

1Sources