EN

Qarabağ və Şərqi Zəngəzurdan cəlb olunmuş əmanətlər artıb

Bakı. Trend:

Bu ilin fevralın 1-nə Qarabağ iqtisadi rayonundan cəlb qoyulmuşəmanətlərin həcmi 107,260 milyon manat təşkil edib.

Trend bubarədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata əsasən, bu göstərici bir ay əvvələ nisbətən 6,6 milyonmanat və ya 6,5%, 2025-ci ilin fevralın 1-nə olan göstərici iləmüqayisədə isə 15,4 milyon manat və ya 16,8% çoxdur.

Hesabat dövrünə sözügedən regiondan cəlb olunmuş əmanətlərinorta faiz dərəcəsi 5,57%-ə bərabər olub.

Eyni zamanda, bu ilin fevralın 1-nə Şərqi Zəngəzur iqtisadirayonundan cəlb olunmuş əmanətlərin həcmi 892 min manat olub ki, buda bir ay əvvəlki göstərici ilə müqayisədə 50 min manat, yaxud5,9%, ötən ilin eyni dövrünə nisbətən isə 389 min manat və ya 77,3%çoxdur.

Hesabat dövrünə Şərqi Zəngəzur iqtisadi rayonundan cəlb olunmuşəmanətlərin orta faiz dərəcəsi 5,98% təşkil edib.

Qeyd edək ki, bu ilin fevralın 1-nə Azərbaycanın ümumiregionları üzrə cəlb olunmuş əmanətlərin həcmi 16,667 milyard manattəşkil edib ki, bu da aylıq müqayisədə 105,8 milyon manat və ya0,6% az, ötən ilin eyni dövründəki göstərici ilə müqayisədə isə1,968 milyard manat və ya 13,4% çoxdur.

Chosen
54
5
az.trend.az

10Sources