EN

Dövlət Dəniz və Liman Agentliyində Qazaxıstan nümayəndə heyəti ilə görüş olub (FOTO)

Bakı.Trend:

Dövlət Dəniz və Liman Agentliyində (DDLA) Qazaxıstanın DəmirYolu və Su Nəqliyyatı Komitəsinin sədr müavini Qasım Tlepovunrəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Trend xəbərverir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN)məlumat yayıb.

Bildirilir ki, əvvəlcə DDLA-nın fəaliyyətinə dair təqdimat olub.Agentliyin İdarə Heyəti sədrinin müavini Eldar Məcidov ölkələrimizarasında nəqliyyat sahəsində əlaqələrin inkişafından danışıb. Qeydedib ki, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu hər iki dövlətinəməkdaşlığının genişlənməsinə, Şərqlə Qərb arasında əlaqələndiricirol oynamasına imkan yaradır.

Qazaxıstanın Dəmir Yolu və Su Nəqliyyatı Komitəsinin sədrmüavini Qasım Tlepov Orta Dəhliz çərçivəsində əməkdaşlıq və dəniznəqliyyatı sahəsində qarşılıqlı maraq doğuran məsələləri xüsusiləvurğulayıb. Bildirib ki, Qazaxıstan Mərkəzi Asiyada, Azərbaycan isəCənubi Qafqazda mühüm coğrafi mövqeyə malik dövlətlərdir. OrtaDəhlizin inkişafında ölkələrimizin rolu və fəaliyyəti böyükdür.

Qonaqlar axtarış-xilasetmə üzrə məlumat toplanması prosesinintəşkili, gəmilərin hərəkətinin uzaq məsafədən tanınma və izlənməsistemi, gəmilərin hərəkətinin idarə olunması və dənizüzgüçülüyünün təhlükəsizliyinin təmini ilə bağlı Azərbaycanıntəcrübəsindən yararlanmaq istədiklərini ifadə ediblər.

Görüşdə dənizçi sənədlərinin rəqəmsal idarə olunması üçünistifadəyə verilən “My Cabinet” platforması, vahid informasiyasistemi, dəniz nəqliyyatı sahəsində kadr potensialınıngücləndirilməsi, beynəlxalq konvensiyalardan irəli gələnöhdəliklərin icrası, dəniz limanlarının fəaliyyətinin dövləttənzimlənməsi, dənizdə, gəmilərdə baş vermiş qəzalar, liman dövlətyoxlamaları, təsnifat cəmiyyətlərinin fəaliyyəti, gəmilərin dəniziçirkləndirməsinin qarşısının alınmasına dair məsələlər müzakirəolunub.

Sonda Qazaxıstanın nümayəndə heyəti DDLA-nın Gəmi Hərəkətininİdarəedilməsi Mərkəzinin fəaliyyəti ilə tanış olub.

Dövlət
Dövlət
Dövlət
Dövlət
Dövlət
Chosen
15
3
az.trend.az

7Sources