EN

Bir zolaqda həm piyada, həm də velosiped nişanı çəkilib: Belə yol olar?

Yasamal rayonunun Abbasqulu ağa Bakıxanov küçəsindən Cəfər Cabbarlı küçəsinə çıxışda üzərində həm piyada, həm də velosiped nişanı olan yeni zolaq istifadəyə verilib.

Bu zolağın kimlər üçün nəzərdə tutulduğu və təhlükəsizlik qaydalarının necə tənzimlənəcəyi ictimaiyyət arasında suallar yaradıb.

Bir yolda hər iki zolağın istifadəsi standartlara uyğundurmu?

Mövzu ilə bağlı "Cebheinfo.az"-a açıqlamasında nəqliyyat eksperti Yasin Mustafayev bildirib ki, sözügedən yol standartlarla uyğunlaşır:

“Bu hal standartlara uyğundur və şəhər yollarında təhlükəsizliyi təmin etmək məqsədilə tətbiq olunur. Yaşıl zolaqlar kəsişmələrin olduğu yerlərdə çəkilir. Ya velosiped zolağı və avtomobil yolunun kəsişməsinə, ya da velosiped zolağı ilə piyada üçün nəzərdə tutulan səkilərin kəsişdiyi yerlərdə belə zolaqlar çəkilir. 

Bu qaydalar məcburi xarakter daşıyır və orada körpü tikintisi nəzərdə tutulmur. Məqsəd hər bir yol istifadəçisinin öz hərəkət edəcəyi yolu müəyyən etməsi və qarışıqlığın qarşısını almaqdır.

Hər kəs öz yoluna getməlidir və standartlara uyğun olaraq bu vəziyyət normal hal hesab olunur. Bu yanaşma yol hərəkətində təhlükəsizliyin artırılmasına və həm piyada, həm də velosiped sürücüləri üçün aydın yolun təmin edilməsinə xidmət edir”.

Chosen
33
cebheinfo.az

1Sources