EN

İdarəetmədən çıxan “Hyundai” betona çırpılıb tanınmaz hala düşdü VİDEO

ain.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı–Quba yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az-ın məlumatına görə, qəza fevralın 25-də səhər saatlarında qeydə alınıb.

Hərəkətdə olan “Hyundai Elantra” markalı avtomobil idarəetmədən çıxaraq ayırıcı beton maneəyə çırpılıb. İlkin ehtimala görə, hadisəyə yüksək sürət səbəb olub.

Nəticədə nəqliyyat vasitəsi tamamilə yararsız vəziyyətə düşüb. Sürücü yüngül bədən xəsarətləri alıb.

Faktla bağlı araşdırma aparılır.

Nərmin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
15
avtosfer.az

1Sources