EN

Fövqəladə Hallar Nazirliyinin kollektivi Xocalı soyqırımı abidəsini ziyarət edib

Fevralın 26-da Fövqəladə Hallar Nazirliyinin kollektivi Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar Bakıda soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, abidənin önünə gül dəstələri düzülüb, Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi dərin ehtiramla yad olunub.

Chosen
30
3
azerbaijan-news.az

10Sources