FHN kollektivi Xocalı soyqırımı abidəsini ziyarət etdi
Fevralın 26-da Fövqəladə Hallar Nazirliyinin kollektivi Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar Bakıda soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edib.BUTA.TV xəbər verir ki, abidənin önünə gül dəstələri düzülüb, Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi dərin ehtiramla yad edilib.