Bakı. Trend:
Bu gün Azərbaycan Respublikası İqtisadi Şurasının sədri, Başnazir Əli Əsədovun rəhbərliyi ilə İqtisadi Şuranın iclasıkeçirilib.
Bu barədə Trend-ə Nazirlər Kabinetindən məlumat verilib.
Bildirilib ki, iclasın gündəliyində “Sahibkarlıq fəaliyyətinəmaneə və çətinliklərin aradan qaldırılması və biznes mühitininyaxşılaşdırılması islahatları üzrə İşçi Qrup”u tərəfindənhazırlanan “Məhkəmə və hüquq” sahəsinə və “Dövlət satınalmaprosedurları” sahəsinə dair sahibkarların qaldırdığı aktualməsələlər ətraflı müzakirə olunub.
Gündəlikdə olan məsələlər üzrə Azərbaycan RespublikasıPrezidentinin köməkçisi, İşçi Qrupun rəhbəri Natiq Əmirovun və AliMəhkəmənin İnzibati Kollegiyasının sədri Xəqani Məmmədovunməruzələri dinlənilib.
İclasda təqdim olunan məsələlərə dair İqtisadi Şuranın üzvlərivə dəvət olunanlar Azərbaycan Respublikası Ali Məhkəməsinin Sədriİnam Kərimov, ədliyyə naziri Fərid Əhmədov, AzərbaycanRespublikasının Prezidenti yanında Antiinhisar və İstehlak BazarınaNəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırov çıxış ediblər.
Yekunda iclas iştirakçılarının rəy və təklifləri nəzərəalınmaqla müzakirə olunan məsələlərin həlli istiqamətində müvafiqnormativ-hüquqi aktların layihələrinə dəyişiklikləri hazırlayaraqAzərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim olunmasıbarədə qərarlar qəbul olunub və aidiyyəti qurumlara tapşırıqlarverilib.